Britaniya və Rumınya səfirləri Marneulidə "NATO" haqqında görüşlər keçiriblər
Bu gün, 15 may tarixində, NATO-nun Gürcüstandakı səfirliklərinin Böyük Britaniya və Rumıniya səfirləri, NATO-nun Gürcüstandakı Əlaqələr Ofisinin rəhbəri Marneuliyə səfər ediblər.

Səfər çərçivəsində səfirlər yerli özünüidarə və Marneulidə fəaliyyət göstərən QHT, media təşkilatı nümayəndələri ilə görüşüblər.

Görüşlər Marneuli İctimai Kitabxanasının qarşısında başlayıb. Vətəndaşlar üçün burada müxtəlif süvenirlər, NATO və Avropa İttifaqı haqqında məlumat broşürləri var idi.
Gürcüstanda NATO-nun Əlaqələr Ofisinin rəhbəri Aleksandr Vinnikov “Marneuli” radiosu ilə söhbət zamanı bildirdi ki, heyət nümayəndələri yerli hakimiyyətinin və vətəndaş sektoru nümayəndələri, gənclərlə görüşüblər, NATO və Gürcüstan əlaqələri haqqında məsələləri müzakirə ediblər.

“Bu regionlardakı görüşlərin bir hissəsidir. Gürcüstanın bütün regionlarında bu görüşlərin keçirilməsini planlaşdırırıq ki, əhali NATO və əlaqələndirici səfirlik nümayəndələrindən NATO nədir, Gürcüstan və NATO əməkdaşlığı hansı faydaları verə bilər kimi məsələlərdə məlumatı olsun".

Gürcüstanda NATO-nun Əlaqələndirici Ofisinin rəhbərinin sözlərinə görə, Gürcüstan NATO-nun yaxın tərəfdaşlarından biridir. Onun açıqlamasına görə, Gürcüstan NATO-ya üzv olmaq üçün namizəd ölkədir və NATO-nun üzvləri hələ 2008-ci ildən Gürcüstanın NATO-ya üzv olmasına hazır olduqlarını bildiriblər. Gürcüstanda NATO Əlaqələndirici ofisi və səfirliklər Gürcüstanın NATO standartlarını tamamlamasına və hərbi-siyasi təşkilatlara üzv olmasına münasibət bildirib.

Rumınyanın Gürcüstandakı səfiri Razvan Rotundu bildirib ki, Gürcüstanın NATO-ya üzv olmaq istəyi var və ölkə bu barədə artıq uzun zamandır istəyini bildirib. Məhz buna görə, Rumınya və Britaniya Gürcüstanda bu məqsədə nail olmaq üçün işləyirlər.

“Mən hələ 2008-ci ilin Buxarest sammitindən bu yana, həmişə Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyən ölkəni təmsil edirəm. Ancaq unutmamalıyıq ki, NATO qərarı konsesus əsasında qəbul edir. Əlbəttə burada hərbi şərtlər var. Amma NATO hərbi-siyasi Birlikdir və ölkənin üzv olması üçün siyasi meyarlar da təmin olunmalıdır”
– Razvan Rotundu bildirib.

Gürcüstanda NATO-nun Əlaqələndirici Ofisi və Rumınyanın Gürcüstandakı sədiri kimi Britaniyanın Gürücstandakıs səfiri Mark Keyton da bildirib ki, səfirliklərin yalnız Tbilisidə qalmaması, Gürücstanın bütün regionların getməsi mühümdür. Çünki paytaxt bütün ölkə deyil və Gürcüstan yalnız Tbilisi deyil.

“Hesab edirəm ki, əhaliyə NATO haqqında məlumat vermək Gürcüstanın müstəqilliyində investisiyadır. Bütün sorğular göstərir ki, əhalinin əksəriyyəti NATO-ya, Avropa İttifaqına üzvlüyü istəyirlər. Bütün böyük siyasi partiyalar isə bildirir ki, bu onların məqsədirir. Belə ki, indi etdiklərimiz, gedib əhaliyə NATO-nun, Gürcüstan demokratiyası və Gürcüstanın gələcəyində investisiyanın nə olduğunu izah edirik. Məhz buna Böyük Britaniya bunun böyük dəstəkçisidir”
- Mark Kleyton bildirdi.

Birləşmiş Krallıq və Rumınya NATO-nun əlaqələndirici səfirlik rolunu iki ilə müddətinə həyata keçirəcəklər. Əlaqələndirici səfirliklərin funksiyalarının həyata keçirilməsi zamanı Birləşmiş Krallıq və Rumınya Alyansıa Gürcüstan arasında daha sıx əlaqələrin yaranması üzərində işləyəcəklər.

Bu gün, 15 may tarixində, Marneulidə “səyyar səfirlik” tədbiri çərçivəsində keçirilib. Görüş Marneulinin İctimai Kitabxanasının qarşısında yerləşən bağda saat 14:30-da başlayıb və qonaqların heyəət nümayəndələri ilə söhbət etmək, onlardan NATO haqqında şəxsən məlumat almaq imkanları var idi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google