Marneulili pedaqoq Kamran Əfəndiyev Milli Müəllim Mükafatının
finalçıları arasına düşüb.
2023-cü ilin Milli Müəllim Mükafatının finalçıları bu gün, 5
sentyabr tarixində elan olunub. Mollaoğlu ictimai məktəbinin gürcü
dili ikinci dil kimi fənn müəllimi Kamran Əfəndiyev ilk beşlikdə
yer alıb.
Milli Müəllim Mükafatı Təhsil Koalisiyasının, Elm və Təhsil
Nazirliyinin, Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinin
arasında bağlanmış memorandum
əsasında 2017-ci ilin 13 mayında
təsis edilib. Qeyd olunan təşəbbüs Gürcüstanda artıq 6-cı dəfədir
həyata keçirilir. Mükafat müəllimlərin populyarlaşdırılmasına
istiqamətlənmiş qlobal kampaniyanın – „The Global Teacher Prize“
bir hissəsidir.
Həmin müsabiqədə Marneulili pedaqoqlar dəfələrlə uğurla iştirak
ediblər. 2022-ci ildə Xocorni məktəbinin müəllimi Lali Marqiani ilk
onluğa düşüb. 2018-ci ildə Marneuli şəhər 2 və 5 saylı məktəbin
müəllimi Temur Suğaşvili Milli Müəllim Mükafatınının ilk onluğunda
yer alıb. 2019-cu ildə Marneuli 2 saylı ictimai məktəbinin müəllimi
Qiorqi Çauçidze Milli Müəllim Mükafatını qazanıb, 2021-ci ildə isə
Maradisi ictimai məktəbinin müəllimi Lamara Bolkvadze ilk beşlikdə
yer alıb.
2023-ci ilin Milli Müəllim Mükafatının ən yaxşı beşliyi 5
sentyabrda müəyyən olunub. Onlardan biri isə 5 oktyabrda,
beynəlxalq müəllimlər günündə Milli Müəllim Mükafatının sahibi
olacaq.