Marneulidə Mağalaşvili Körpüsünün bağlanması şəhərdə tıxac yaradıb
və nəqliyyatın hərəkətinə mane olub.
Əhali bildirir ki, 30 noyabr tarixində, axşam saatlarla tıxacda
qalmalı olublar.
Marneulinin nəqliyyat şirkətləri “Marneuli” radiosu ilə söhbət
zamanı bildirirlər ki, onların başqa alternativ yolu yoxdur və
sərnişinlərə vəziyyətin düzələcəyinə dair vəd də vermirlər.
Marneuli meriyasının balansında olan “Avtopark” MMC nəqliyyat
şirkətinin rəhbəri Qiqa
Calağonianın sözlərinə əsasən, yaranmış
vəziyyətə görə, şəhər avtobuslarının bazar ərazisindən keçməsinə
qərar veriblər, digər kənd avtobusları isə yalnız bazara qədər gedə
biləcəklər.
“Şəhər avtobusları, Qızılhacılı kənd və Candar
məntəqəsinin avtobusları körpüdən keçməklə adi qaydada keçdikləri
kimi hərəkət edəcəklər. Qalan kəndlərin avtobusları isə bazara
qədər gedə biləcəklər. Tıxaca görə planlaşdırılan sayda reys edə
bilmirlər”, – Calağonia bildirib.
Marneulidə avtobuslardan başqa marşrutlar də xidmət göstərirlər.
“Ekspress Turist” MMC-nin rəhbəri Yuri Samxaradzenin sözlərinə
görə, onların nəqliyyatı bazara qədər dayanmayacaq və köhnə
formatda reyslərə davam edəcək. Ancaq yaranmış tıxaca görə
vətəndaşlara tam xidmət göstərə bilmilər.
“İndi, misal üçün, hərəkət adi qaydada davam edir. Amma saat
13:00-dan artıq tıxac başlayacaq. Başqa cür işləyə bilmirik.
Körpünün altından keçirik və həmişə getdiyimiz xəttlə axıra qədər
gedirik”, - Yuri Samxaradze bildirib.
Mağalaşvili körpüsü 30 noyabr tarixindən başlayaraq yenidənqurma
işlərinə görə, 20 günlük bağlanıb.
Bu müddət ərzində nəqliyyat vasitələri qeyd olunan alternativ
istiqamətlərdə hərəkət edə biləcəklər:
- Noe Jordania küçəsi
- Revaz Lağidze küçəsi
- Merab Kostava küçəsi
Marneuli şəhərində Durmişxan Mağalaşvili adına körpünün bərpa
işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş
Aydan artıqdır aparılır. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5
may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa
çatdırılması müddəti olaraq 150 gün , təxminən 5 ay müəyyən edilib.
Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış
müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə
əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt
verilib.
"Marneuli" Radiosu