Marneulidə bıçaqlanma hadisəsi baş verib, iki nəfər xəsarət alıb
17 dekabr tarixində Marneuli rayonunun Qızılhacılı kəndində iki nəfər xəsarət alıb. Hadisə gecə saatlarında baş verib.

"Marneuli" radiosunun əldə etdiyi məlumata görə, gənclər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı 1 nəfər saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə sağlamlığa yüngül xəsarət yetirməni nəzərdə tutur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google