Marneuli bələdiyyəsinin Opreti kəndində yeni içməli su
sisteminin quraşdırılması planlaşdırılır.
Marneuli yerli özünüidarəsi Opreti kəndində su təchizatı sisteminin
quraşdırılması işlərinin həyata keçirilməsi üçün 350 027 lari
dəyərində tender elan edib.
Layihənin məqsədi yeni içməli su quyularının qazılması və suyun
layihədə nəzərdə tutulmuş hovuza vurulması, eləcə də layihə
çərçivəsində qeydə alınma qovşaqları da təşkil olunacaq.
"Layihə çərçivəsində 180 metr dərinliyində yeni su quyusu
qazılacaq. Quyu 315 mm enində qazılacaq və dəmir boru salınacaq.
Quyuda borunun ətrafında xırda daşlarla filtrlər qurulacaq.
Qazıntıdan sonra quyu yuyulacaq və nasos sınaqdan keçiriləcək, buna
uyğun olaraq sonra quyu üçün nasos seçiləcək”, –
Opretidə su təchizatı sisteminin layihəsində qeyd olunub.
Opreti kəndində su təchizatı sisteminin quraşdırılması üçün
ayrılmış vəsait tamamilə Marneuli bələdiyyə büdcəsindən
xərclənəcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər 11 fevraldan 16 fevral
tarixinə qədər təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib
gələcək şirkət işləri müqavilə bağlandıqdan 150 gün ərzində həyata
keçirməli olacaq.