Marneuli yerli özünüidarəsi Qızılhacılı kəndində inzibati
binanın bərpasını planlaşdırır.
Marneuli meriyasının elan etdiyi tenderə görə, inzibati binanın hər
iki mərtəbəsi, dam örtüyü, həyət və hasarı bərpa olunacaq.
“Obyektin bərpasına başlayana qədər sökmə-daşıma
işlərinin həyata keçirilməsi mütləqdir.
Əsas işlər bu mərhələlərdən ibarətdir: Binanın daxili hasarının
tikintisi, binanın yerli ümumi istifadə üçün mühəndis-kommunal
şəbəkəsinin qurulması əhatə edir: elektrik xətlərinin çəkilməsi,
qapı və pəncərələrin qurulması, daxili bəzək-divarlar, döşəmələr,
tavanlar, məhəccərlər” – Qızılhacılı kənd inzibati
binasının bərpası layihəsində qeyd olunub.
Marneuli meriyası Qızılhacılı inzibati binasının bərpasına 211 427
lari xərcləyəcək.
Yerli özünüidarə tenderi 17 aprel tarixində elan edib. Tenderdə
iştirak etmək istəyən şirkətlər 3-8 may tarixlərində öz
təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələcək şirkət
müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri təhvil verməli
olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.