Marneuli bələdiyyəsi Avropa həftəsinə qoşulur.
Yerli özünüidarə həftənin qeyd olunması üçün mərkəzi küçələrə
Gürcüstan və Avropa İttifaqının bayraqlarını asıb. Marneuli
meriyası feysbuk sosial şəbəkəsində paylaşıb.
Avropa həftəliyi 11 may tarixində, “Expo Georgia”da genişmiqyaslı
şəkildə qeyd olunur. Tədbirdə müxtəlif fəaliyyətlərlə yanaşı
BMT-nin Əhali Fondu tərəfindən maliyyələşdirilmiş, Marneuli
Mədəniyyət Mərkəzi ilə əməkdaşlıqla səhnələşdirilmiş "Luna və
işıldaböcəklər planeti" kukla tamaşası
da təqdim olunacaq.
Rejissor: Tato Qeliaşvili.
Pyesin müəllifi: Aleksandre Lortkipanidze, Dato Qorqiladzenin mətni
əsasında.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.