Marneulidə baş verən təbii fəlakət nəticəsində yaranmış zərərin hesablanmasına başlanıldı - Marneuli merinin müavini
Marneulidə baş verən təbii fəlakətin nəticələri meriyada yaradılmış zərərin qiymətləndirilməsi komissiyası tərəfindən öyrənilir.
Bu haqda "Marneuli" radiosuna məlumatı merin müavini Roin Dekanoidze verdi və bidirdi ki, bu dəqiqələrdə əldə olan məlumata görə, insan tələfatı olmayıb. Əhaliyə dəyən zərər isə araşdırılır



"Toplaşmışıq, qubernator da buradadır. Xilasetmə xidməti bütün gecə ərzində səfərbər idi. Sadxlıda Debet, Marneulidə isə
Alget çayının səviyyəsi yüksəldi. Fiziki şəkildə heç kəsə zərər dəyməyib. Əgər, kiməsə maliyyə zərəri dəyibsə, hesablayacağıq. Çayın hələ də səviyyəsi yüksəkdir, dünəndən məcrası bağlanıb. Suvarma kanallarını da bağladıq. Bütün gecə güclü yağış yağdı. Nisbətən bazar ərazisi ciddi su altında qalıb",
- Roin Dekanoidze dedi.

Marneulidə güclü yağış 25 may tarixində, gecə saatlarında başladı.




Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები