Təbii fəlakətlə əlaqədar olaraq Marneuli meriyasında bələdiyyənin
qaynar xətti aktivləşdirilib.
Yerli özünüidarə məlumatı yayımlayaraq yazır ki, vətəndaşların
aşağıda verilən nömrələrlə əlaqə saxlayıb dəyən zərər haqqında
məlumat vermək imkanı var:
"Marneuli bələdiyyəsinin özünüidarəsinin rəhbər
şəxsləri, Kvemo Kartli dövlət komissarı və parlamentin üzvü hadisə
yerindədirlər və dəyən zərəri lokallaşdırmaq üçün hökumət
administrasiyası ilə birlikdə fəal işləyirlər. Xüsusi texnika
səfərbər olunub, təmizləmə və xilasetmə işləri aparılır. Qeyd edək
ki, meriyada fəlaiyyət göstərən “təbii fəlakət və yanğın
nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə daimi komissiya”
əsasında təbii fəlakətin vurduğu zərərin öyrənilməsi üçün əlavə
işçi qrupları yaradılıb”, - bələdiyyə yazır.
Güclü yağışlar nəticəsində Alget, Xram və Debet çayları öz
məcrasından çıxıb. Marneuli şəhərinin kçələrinin bir hissəsini
eləcə də, bələdiyyənin bir neçə kəndini su basıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.