Marneuli bazarı – təbii fəlakətin nəticələri
Marneuli bələdiyyəsində güclü yağış nəticəsində kəndləri və Marneuli küçələrini su basıb. Ən böyük zərər bazar ərazisinə dəyib. 

Güclü yağan yağış nəticəsində Algeti çayı daşaraq bazar ərazisindəki ticarət piştaxtalarını, mal və məhsulları aparıb.

Bazarda kiçik biznes sahibləri hazırda təmizlik işləri aparırlar. 

Ərazidə texnika işləyir. Bazar rəhbərliyi dəymiş ziyanın nə qədər olduğunu hələ dəqiqləşdirə bilmir. Rəhbərlik ən azı bir həftəlik müddətdən danışır. 

Marneuli meriyası 26 may tarixində dəymiş zərəri hesablayacaq komissiyanın yaradıldığını bildirdi. Zərərçəkənlərin dəyən zərəri meriyaya bildirmələri üçün qaynar xətt yaradılıb. 

Ötən gecə yağan güclü yağış nəticəsində Algeti çayı məcrasından çıxıb və Marneuli küçələrini su basıb. 

Marneulidə təbii fəlakət bölgəsindən insanları helikopterlə təxliyə etmək l
azım gəlib.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayımlayıb və yazıb ki, görülən xilasetmə tədbirləri nəticəsində onların hamısı xilasedicilər tərəfindən təhlükəsiz əraziyə aparılıb.

"Güclü yağışlar nəticəsində Marneuli bələdiyyəsində yaşayış evləri və müxtəlif obyektlər su altında qalıb. Onlar arasında çayın daşması nəticəsində Qırmızı körpünün yaxınlığında, içərisində vətəndaşlar olan iaşə obyektlərindən birini su basıb. Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində onların hamısı təhlükəsiz əraziyə çıxarılıb. Xilasetmə tədbirlərinə sərhəd polisi helikopteri də cəlb olunub. Fövqəladə Hallar Xidmətinin xilasetmə qrupu və sərhəd polisinin helikopteri Bolnisi bələdiyyəsinin Naxiduri kəndində Ktsia çayı ərazisində qalmış vətəndaşı təhlükəsiz əraziyə çıxarıblar”, – bəyanatda deyilir.




Print ელ. ფოსტა
თეგები: Marneuli bazarı Sel Yağış
FaceBook Twitter Google