Temur Abazovun istefa verməsi haqqında məlumat öz təsdiqini tapıb.
O, özü Marneuli radiosuna təsdiq edib ki, onun vəkilləri bələdiyyə
məclisinə vəzifəsini tərk etməklə bağlı ərizə ilə müraciət ediblər.
“Məhkəmə prosesinin davam etməsi və müttəhim statusunda olaraq eyni
zamanda çalışmağa davam etmək istəmirəm” – Temur Abazov deyib.
Bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin vəkillərin müraciəti
haqqında məlumatı yoxdur. Meriya aparatında da vəkillərin
müraciətini təsdiqləmirlər.
Bələdiyyə Məclisi onun öhdəliyini 13 iyunda prokurorluq tərəfindən
Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarla bağlı
ittiham olunan zaman dayandırıb.
Abazov yeddi ay ərzində ilkin həbsdə olub. Dekabrda məhkəmə Abazovu
girov qarşılığında azad edib.
Məhkəmə prosesi hələ də davam edir.
Mövzu ilə bağlı digər xəbərlər:
Abazovun
vəkilinin sözlərinə görə prokurorluq onun ittihamını yenə də
təsdiqləyə bilmir
Abazov həbsxanada uzanmış saçı ilə öz səbr bacarığını
diqqətə yetirir
Abazovun dəmir barmaqlıqlardan kənarda ilk məhkəmə
iclası
“Bu azad insanın fikri və azad arzusudur. Siyasətdə
olacaq, yoxsa başqa istiqamətdə – bu onun öz işidir” – Ruslan
Hacıyev Temur Abazovun görüşü haqda
"Marneuli" radiosu