“Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və
Rəcəb Tayyib
Ərdoğan arasında görüş tarixi diplomatik kanallar vasitəsilə
razılaşdırılır və lazım gələrsə, liderlər hər zaman telefonla
danışa bilərlər”.
Bunu Rusiya prezidentinin mətbuat katibi ştat Dmitri Peskov
jurnalistlərə bildirib.
“Putinlə Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var və siz
bilirsiniz ki, onların görüşəcəyi ilə bağlı razılıq var. Putinin
özü
isə “Mən Türkiyəyə gələcəm” deyib, biz sadəcə vaxtı seçəcəyik.
Dəqiq tarix hələ ki seçilməyib, diplomatik kanallarla
razılaşdırılacaq və gec-tez bu ünsiyyət baş tutacaq”, - Kreml
nümayəndəsi bəyan edib.
O, bu cür təmasları ilk növbədə Rusiya Federasiyası ilə Türkiyə
arasında ikitərəfli münasibətlər baxımından mühüm adlandırıb.
Məmbə: Oxu.az