Xəbərlər
Paytaxt və regionlarda yararsız maşınların dirəklərə bərkidilməsi sosial kampaniyasını DİN həyata keçirib
Paytaxt və regionlarda yararsız maşınların dirəklərə bərkidilməsi sosial kampaniyasını DİN həyata keçirib. Daxili İşlər Naziri Qiorqi Qaxaria kampaniyanın təqdimatı zamanı bildirib ki, onların məqsədi yol təhlükəsizliyi baxımından olan problemlərin real olaraq dəyərləndirilməsi üçün cəmiyyət üzvlərini rahatlıq zonasından çıxarmaqdır.

“Biz tam məsuliyyətlə bildiririk ki, bizim “Daha çox həyat üçün” adlandırdığımız kampaniyanın əsas məqsədi cəmiyyətin hər bir üzvünü komfort zonasından çıxarmaqdır. Əlbəttə biz bunu müəyyən qədər bacardıq. Bütün tənqid edənlərə, eləcə də bizim əməkdaşlara, dostlara və çox adamlara təşəkkür etmək istəyirəm. Onlar həqiqətən də bizi tənqid edirdilər, ancaq bizim seçimimiz asan olmayıb. Həmişə düşünürdük və bu gün də düşünürük ki, obyektiv reallığı nəzərə almasaq, bu problemi həll etməklə bağlı şansımız olmayacaq” – Qiorgi Qaxariya bildirib.

“Daha çox həyat üçün” kampaniyası bir neçə gün əvvəl başlayıb və kampaniya çərçivəsində Tbilisi və regionlarda yararsız avtomobillər müvəqqəti olaraq polad dirəklər üzərinə yerləşdirilib, lövhələr yaradılıb və müvafiq video-çarxlar hazırlanıb.

FaceBook Twitter Google
დაიცავი დისტანცია