Orucluq zamanı bədəninizdə nə baş verir?
Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər
Ramazan ayında 30 gün ərzində oruc tutur. İnsan 30 gün ərzində oruc
olanda bədənində hansı dəyişiklik baş verir?
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası bildirib ki, bu il
Ramazan - orucluq ayının ilk günü miladi təqvimlə mart ayının 23-nə
təsadüf edib.
Qurum həmçinin bildirib ki, QMİ-nin saytında Ramazan ayının
gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim
yerləşdirilib.
Ən çətini - ilk bir-neçə gündür
Real olaraq sizin bədəniniz "orucluq vəziyyətinə" son yemək qəbul
etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.
Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin
sorulması prosesi başa çatır.
Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki
qlyukoza ehtiyatlarını sərf etməyə başlayır.
Qlyukoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti
enerji mənbəyinə çevrilir.
Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib
çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.
Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya
səbəb olur.
Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis
iy gələ bilər.
Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.
Susuzluqla ehtiyatlı olun - 3-7-ci günlər
Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq
qandakı şəkərə dönür.
Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu
bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun
itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.
Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq
miqdarda "enerjili qida" olmalıdır.
Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması
da vacibdir.
Öyrəşmə dövrü - 8-15-ci günlər
Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz
əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz.
Cambridge-də Addenbrooke's xəstəxanasının Anesteziya və İntensiv
Müalicə şöbəsinin məsləhətçisi doktor Razeen Mahroof deyir ki, bu
mərhələdə digər müsbət cəhətlər də özünü göstərir.
"Gündəlik həyatda biz çox vaxt həddən artıq kaloriyalı yemək
yeyirik, bu isə bədənə digər, misal üçün, özünübərpa funksiyasını
normal yerinə yetirməyə imkan vermir".
"Beləliklə, orucluq orqanizmin özünübərpasını asanlaşdlıra və
infeksiyalarla mübarizə qabiliyyətini gücləndirə bilər."
Bərpa - 16-30-cu günlər
Orucluğun ikinci yarısında bədəniniz aclığa tamamilə öyrəçir.
Sizin bağırsağınız, ciyəriniz, böyrəkləriniz və dəriniz bərpa
dövründən keçir.
"Orqanların funksiyası bu mərhələdə maksimum dərəcədə fəaliyyət
rejiminə qayıdır. Sizin yaddaşınız və diqqətinizn yaxşılaşa bilər,
özünüzü daha enerjili hissə edə bilərsiz", - doktor Mahroof
deyir.
"Bu mərhələdə sizin bədəniniz enerji üçün zülal işlətməməlidir. Bu
vəziyyət davamlı orucluq müddətindən sonra yaranır."
"Orucluq yalnız sübhdən hava qaralanadək davam etdiyindən özümüzə
enerjili yemək-içməklə dəstək vermək imkanımız olur".
Beləliklə, orucluq sağlamlığımız üçün xeyirlidirmi?
Doktor Mahroof bu suala müsbət cavab verir, lakin bu müsbətliyin
şərti var.
"Orucluğun bədənimizə xeyir verir, çünki nəyi və nə zaman
yediyimizə köklənirik. Lakin 1 ay ərzində davam edən orucluq
xeyirdisə, bundan daha uzun müddət ərzində aclıq çəkmək məsləhət
görülmür."
"Uzunmüddətli orucluq arıqlamağa kömək etmir, çünki bu zaman
bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji
əldə etmək üçün əzələləri yandırmağa başlayır. Bu yaxşı hal deyil,
çünki bədəninizin "aclıqçəkmə vəziyyətinə" düşdüyündən xəbər
verir".
Həkim məsləhət görürür ki, Ramazan ayı xaricində aclıq epizodik
olaraq çəkilsin və ya 5:2 nisbətində pəhriz saxlanılsın (həftənin 2
günü - aclıq, qalan günləri isə normal rejim).
Onun fikrincə, bu, uzunmüddətli aclıqçəkmə rejimindən daha sağlam
alternativdir.
məmbə: BBC