Ermənistan parlamentində bugünkü çıxışı zamanı
ölkənin baş naziri Nikol Paşinyan Qarabağ konfliktinin sülh yolu
ilə
tənzimlənməsi haqqında müxalifət
nümayəndəsinin sualına cavab olaraq bildirib ki, Ermənistan yenidən
birtərəfli rejimdə konflikti sülh yolu ilə tənzimləyə
bilməyəcək.
“Erməni tərəfi Qarabağ konfliktinin yalnız sülh yolu
ilə tənzimlənməsini mümkün hesab edir, ancaq bu demək deyil ki,
Ermənistan müharibə üçün hazır olmamalıdır. Xalqı deyil, xalqları
sülh üçün hazırlamalısan. Müvafiq olaraq əgər bir ölkədə hakimiyyət
öz xalqını sülhə hazırlamırsa ikinci ölkə hakimiyyəti bunu edə
bilməz. Biz vəziyyətə uyğun olaraq hərəkət edəcəyik”
- Paşinyan bildirib.
Həmin vaxt, Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsi
haqqında bəyanatlar Azərbaycan hakimiyyətində də verilir. Buna
əsasən Bakı Yerevanı sülh yolu danışıqlarına baxmayaraq konfliktin
sülh yolu ilə həll olunmasına hazır olmamaqda günahlandırır.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ konflikti 1988-ci
ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi
ətraf rayon Azərbaycanın 20% Ermənistanın silahlı qüvvələrinin
işğalı altındadır. Ermənistan isə bunu inkar edir. 1994-cü ildə
tərəflər atəşin dayandırılması rejimi ilə bağlı imza atıblar, amma
bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən uğursuz hesab
olunur. Hər iki tərəf daim atəşin dayandırılması haqqında rejimin
pozulamsında bir-birini günahlandırır.