Rusiyadan Serbiyaya, eləcə də Türkiyə, Gürcüstan və Ermənistana
biletlərin satılıb qurtardığı xəbər verilir
Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəyə görə qismən
səfərbərlik elan edəndən sonra xeyli sayda rusiyalı ölkədən
birtərəfli bilet almağa tələsir.
Müdafiə naziri Sergey Şoyqu sentyabrın 21-də televiziyaya
müsahibəsində deyib ki, uyğun döyüş təcrübəsi olan 300 min
ehtiyatda olan şəxs səfərbər ediləcək.
Bu
xəbərdən sonra təyyarə biletlərinin qiyməti qalxıb. Putinin
tezliklə ümumi səfərbərlik elan edəcəyi, Rusiyanın quru
sərhədlərini bağlaması sarıdan narahatlıq yaranıb.
Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan xeyli sayda
rusiyalı ölkədən gedib.
Biletlər satılıb qurtarıb
“Air Serbia” növbəti bir neçə gün üçün Moskva-Belqrad reysinin
biletlərinin satılıb qurtardığını bildirir. Avropa İttifaqının (Aİ)
embarqosuna baxmayaraq, bu şirkət Turkish Airlines ilə birlikdə
Rusiyaya uçuşları saxlayıb.
Moskvadan İstanbula və Dubaya birtərəfli ekonom biletlərin qiyməti
isə 9 min 200 avroya (9 min 119 dollar) qalxıb.
Rusiyadan Serbiyaya, eləcə də Türkiyə, Gürcüstan və Ermənistana
biletlərin satılıb qurtardığı xəbər verilir.
Rusiyalılar Serbiyaya vizasız gedə bilirlər. Belqrad Qərbin
Ukraynaya hücumdan dolayı Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb.
Belarus və Çin də Rusiyaya sanksiyalar tətbiq etməyib.
Bəzi sosial media postlarında iddia olunur ki, adamları Rusiyanın
Gürcüstanla quru sərhədindən geri qaytarırlar. Rusiya dövlət
dəmiryolu şirkətinin vebsaytı isə çöküb. Xeyli adam ölkədən
çıxmağın yollarını axtarır.
Rusiyada qismən səfərbərlik elanından sonra Rusiya-Gürcüstan
sərhədində növbələr
Mənbə:
https://www.azadliq.org/
Bu arada Qırğızıstan və Özbəkistan hakimiyyəti Rusiyadakı miqrant
vətəndaşlarına xəbərdarlıq edib ki, Ukraynada müharibə aparan
Rusiya ordusuna yazılmasınlar.
Moskvadakı Qırğızıstan səfirliyi sentyabrın 21-də bəyanatındaqeyd
edir ki, xarici ölkələrin ərazisində hərbi fəaliyyətdə hər hansı
formada iştirak muzdlu fəaliyyət hesab ediləcək, 10 ilədək həbs,
əmlakın müsadirəsilə cəzalandırılacaq.