Oktyabrın 20-də Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri
Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım
Azərbaycanda qəzaya düşüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Tvitterdə
bildirib.
Nazir vurğulayıb ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət
vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda
qəzaya düşüblər.
Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda
onların
və sürücünün səhhətinin normal olduğu bildirilir.
Türkiyənin Sabah qəzetinin məlumatına görə, qəzaya avtomobilin ön
təkərinin partlaması səbəb olub.
Hələlik, bu versiyanı Azərbaycan və Türkiyənin hüquq-mühafizə
orqanları təkzib etməyiblər.
Oktyabrın 20-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş
heyətlə Azərbaycanda səfərdə olub.
O Azərbaycan prezidenti ilə birgə Zəngilan Beynəlxalq Hava
Limanının və başqa bir sıra obyektlərin açılışında iştirak
edib.
Türkiyə prezidenti bu səfərdə deyib ki, təmsil etdiyi ölkə
Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa
hazirdır.
Mənbə:
https://www.azadliq.org/