Əliyev, Paşinyan və Putinin görüşündən sonra birgə bəyanat verilib
Ermənistan, Azərbaycan və Rusiya liderləri Soçidə keçirilən üçtərəfli danışıqlardan sonra birgə bəyanatla çıxış ediblər. Bəyanatın mətnini Kreml yayıb.

Mətnə görə, liderlər 9 noyabr, 11 yanvar 2020-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası prosesi barədə danışıblar.

“Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqlarına
cavab verən bütün qeyd olunan sazişlərə əməl etməyə hazır olduqlarını təsdiq edirlər. Tərəflər qalan vəzifələrin, o cümlədən humanitar məsələlərin təcili həllinə əlavə səylər sərf etməyə razılaşıblar.

Tərəflər güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll etməyə razılaşıblar. Həmçinin regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına fəal hazırlığın vacibliyi vurğulanıb. Tərəflər qarşılıqlı məqbul həll yolunun axtarışını davam etdirmək barədə razılığa gəliblər.

Rusiyanın dəstəyi ilə cəmiyyət, ekspert dairələrinin nümayəndələri və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan və Ermənistan arasında müsbət atmosferin yaradılmasının, həmçinin üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyi vurğulanıb.

Azərbaycan və Ermənistan liderləri Rusiyanın iki ölkə arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və inkişafın təmin edilməsinə kömək etmək üçün gələcəkdə də bütün tədbirləri davam etdirməyə hazır olduğunu alqışlayıblar”,
- deyə məlumatda bildirilir.

Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: Liderlər Paşinyan Putin Əliyev
FaceBook Twitter Google