“Rusiya sülhməramlılarının missiyasının uzadılması təklifi rədd edildi”
Ermənistanın Moskvaya Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının müddətinin uzadılması təklifi rədd edilib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Vladimir Putin və İlham Əliyevlə üçtərəfli görüşdən sonra Ermənistan parlamentində çıxışı zamanı deyib.

Soçidəki görüşdən əvvəl Paşinyan bəyan edib: “Rəsmi olaraq bəyan edirəm ki, Soçidə Rusiya sülhməramlılarının Artsaxda [Qarabağda] yerləşdirilməsinin 15-20 il müddətinə uzadılmasına dair sənədi imzalamağa
hazıram. Mən Rusiya prezidentinə də belə bir təklif irəli sürməyi təklif edirəm. Lazım gəlsə, irəli sürəcəm, mənə dəstək olsun. Bu məsələni tək mən həll edə bilmərəm”.


Ermənistanda ictimai narazılığın artdığı 2000-ə qədər hərbçidən ibarət Rusiya sülhməramlı missiyası 9 noyabr tarixli üçtərəfli bəyanat əsasında 2020-ci ildə müharibə başa çatdıqdan sonra 5 il müddətinə Qarabağda yerləşdirilib.

Mənbə: Netgazeti


Print ელ. ფოსტა
თეგები: Paşinyan Putin Rusiya
FaceBook Twitter Google