Pekində yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti
dalğasının yayılması ilə əlaqədar parklar, ticarət mərkəzləri və
muzeylər bağlanıb.
“Reuters“ xəbər verir ki, paytaxtda 1 438 yeni yoluxma halının
qeydə alındığı, bazar günü isə yoluxanların sayının 962 nəfər
təşkil etdiyi bildirilib.
Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxt sakinlərinə
evdə qalmaq çağırışı edilib, şəhərlərdə əhali arasında kütləvi
testlər davam etdirilir.
Ölkədə COVID-19 ilə əlaqəli iki yeni ölüm halının qeydə alındığı da
açıqlanıb.
Uhanda isə sakinlərə yalnız iş və ev arasında səyahət etməklə bağlı
xəbərdarlıq edilib.
Bazar ertəsi günü Çində ümumilikdə 28 127 yeni yoluxma halının
təsdiqləndiyi açıqlanıb və bunun apreldə qeydə alınmış rekord sayda
sutkalıq yoluxma göstəricisinə yaxın olduğu bildirilib.