Çində noyabrın 26-da COVID-19-a rekord - 39 791 yeni yoluxma qeydə
alınıb. Yoluxanların maksimum sayı ardıcıl dördüncü gün qeydə
alınır.
Bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin
saytında məlumat verilib.
Koronavirus əlamətlərinin müşahidə edilənlərin sayı 3 709 nəfər, 36
082 nəfərdə isə COVID-19 əlamətləri özünü büruzə verməyib.
Bir gün əvvəl Çində yoluxma hallarının sayı 39 506 təşkil edib.
Eyni zamanda virusdan bir ölüm qeydə alınıb. Bununla da Çində
koronavirusdan ölənlərin ümumi sayı 5 233 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan
şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya
Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə
məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını
COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun
yayılmasını pandemiya elan edib.