Dünyada koronavirusa yoluxanların sayı 641 milyonu ötüb
Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 641 milyon 311 min 214 nəfərə çatıb.

Bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.

Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 630 min 278 nəfər COVID-19-a yoluxmanın nəticələrindən dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.

Mənbə: report.az

Print ელ. ფოსტა
თეგები: Dünya koronavirus
FaceBook Twitter Google