Türkiyədə avtobusla tramvay toqquşub, yaralananlar var
Türkiyənin İstanbul şəhərində Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində çoxlu sayda insan yaralanıb.

Məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

Mənbə: report.az

Print ელ. ფოსტა
თეგები: Qəza Türkiyə
FaceBook Twitter Google