Rusiya
prezidenti Vladimir Putin bu postda yeni müddət üçün seçkidə
namizədliyini verəcəyini deyib.
O bu bəyanatı dekabrın 8-də Kremldə dövlət təltifləri mərasimində
verib.
Xəbər verilir ki, mərasimdən sonra Putin “Rusiya qəhrəmanı” ordeni
ilə təltif olunmuş şəxslərlə söhbət edib.
Jurnalistlərin verdiyi məlumata görə bu zaman Rusiya tərəfindən
işğal olunmuş Donetskdə regional parlamentin sədri Artyom Joqa
Putindən prezident seçkisində iştirak etməsini rica edib.
Kommersant qəzetinin müxbiri Andrey Kolesnikov yazır ki, bu ricaya
başqa iştirakçılar da qoşulublar.
Putin bu ricalara müsbət cavab verib və 17 mart 2024-cü il
seçkisində namizəd olacağını deyib.
Bundan əvvəl Putin prezident seçkisində namizədliyini irəli
sürəcəyi barədə heç nə deməmişdi.
Bu, Putin üçün 5-ci prezidentlik müddəti olacaq. O 2000-ci ildə ilk
dəfə prezident seçiləndə bir nəfər bu postu yalnız iki müddət tuta
bilərdi. Üstəlik o vaxt bir prezidentlik müddəti 4 il idi. Lakin
2008-ci ildə bu müddət 6 ilə uzadılıb.
2020-ci ildə Konstitusiyaya Putinin öz təşəbbüsü ilə edilmiş
dəyişikliklər ona hətta altıncı müddət üçün seçilmək imkanı verir.
Bu halda onun prezidentlik səlahiyyətləri yalnız 2036-cı ildə başa
çatacaq.
1999-cu ildən baş nazir, yaxud prezident kimi hakimiyyətdə olmuş
Vladimir Putin daha altı il də hakimiyyətdə qalmaq üçün seçkiyə
qatılmaq niyyətini açıqlamayıb. Ancaq onun seçkiyə gedəcəyi
gözlənilir.
Konstitusiyaya dəyişiklik Putinə seçkidə iştirak şansı verib.
İndiyədək ona meydan oxuyacaq ciddi namizəd ortaya çıxmayıb.
Məmbə:
BBC
AZ