Dövlətin təsis etdiyi ali təhsil müəssisələrində inzibati
vəzifəli şəxslərin
seçilməsi/təyin edilməsi istiqamətində mövcud yaş məhdudiyyəti ləğv
edilir.
Parlament üçüncü oxunuşda “Ali təhsil haqqında” qanundan 65 yaşına
çatmış şəxsin ali təhsil müəssisələrinin akademik və inzibati
vəzifələrinə seçilə və ya təyin oluna bilməyəcəyi normalarının
çıxarılmasını dəstəkləyib.
“Ali təhsil haqqında” qanundan 65 yaşına çatmaq şəxsin
vaxtından əvvəl işdən çıxarılması üçün əsas olan bəndlər
çıxarılıb.
Parlamentə təqdim olunan qanunvericilik dəyişiklikləri Konstitusiya
Məhkəməsinin “Ali təhsil haqqında” qanunun “65 yaşına çatmış şəxs
akademik vəzifəyə seçilə bilməz” maddəsini qüvvədən salan qərarına
əsaslanır. İndiyə kimi dövlət tərəfindən yaradılmış ali təhsil
müəssisəsinin və 65 yaşına çatmış akademik vəzifə tutan şəxs
akademik vəzifəyə seçki müddəti başa çatdıqdan sonra akademik
vəzifədən azad edilirdi”.
Qanun layihəsi Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanıb.