Ulduz falı: hüquqlarınız məhdudlaşa bilər
Qoç
- günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda
ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş
xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla
məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar.
İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda
passivlik etməyin.
Buğa - daha yaxşı işləməlisiniz. İstirahət və əyləncə ilə bağlı
fikirlərin zamanı deyil. Laqeyd olmasanız, süst davranmasanız,
uğurlu gündür.
Tərəfdaşlarınızı diqqətlə dinləyin. Günün ikinci yarısında yaxşı
məsləhət və ya son vaxtlar sizi narahat edən suala cavab ala
bilərsiniz. Fəaliyyət sahəsində yaranmış çətinlikləri çözmək üçün
axşam saatlarınadək aktiv olun, şansları dəyərləndirin.
Əkizlər - günün ilk yarısında perspektivləriniz pis deyil. Ciddi
işlərə başlaya bilərsiniz. Qəfil problem yaranarsa, təlaşa
qapılmayın. Bir qədər fəal olun, şəraitdən maraqlarınızın təminatı
üçün istifadə edin. Hadisələr indi formalaşma mərhələsindədir.
Laqeyd mövqe tutmayın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışmaq, sizi
əndişələndirən məsələni müzakirə etmək olar.
Xərçəng - tərəfdaşlıq, kollektiv fəaliyyət xüsusi aktuallıq kəsb
edəcək. Anlaşmalar və müqavilələr pis alınmayacaq. Münasibətlərdə
ciddi olsanız, pozitiv nəticələr əldə edəcəksiniz. Yaxın
ətrafınızdakı insanlara işlərinizə kobud müdaxilə etməyə imkan
verməyin.
Günün ikinci yarısında işlərinizin nəticəsindən bəhrələnməyi
bacarın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə varmayın.
Şir - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər.
Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul
olun.
Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və
fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə
əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə
qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən
vaxtı xatırladacaqlar.
Qız - çətin olsa da, maraqlı gündür. Bir dəqiqə də vaxt itirməyin.
Ciddi layihə ilə yanaşı, fərdi maraqlarınızın təminatı üçün əla
gündür.
Əvvəllər yaranmış anlaşılmazlıqları asanlıqla çözmək olar. Maliyyə
problemlərini müzakirə edin. Təmirə, tikintiyə başlamaq olar.
Praktiki işlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında
şəxsi münasibətlərdə stabillik və harmoniya müşahidə
olunacaq.
Tərəzi - önəm verdiyiniz istiqamətdə ciddi irəliləyişə nail ola
bilərisniz. Təmir, məişət və kompüter texnikasının alınması üçün
yaxşı zamandır. Qonaqların qəbulunu ertələyin. Gözləntiləriniz
doğrulmayacaq, tərif eşitməyəcəksiniz. Günün ikinci yarısında eyni
vaxtda bir neçə işdə əhəmiyyətli dəyişikliklər olacaq. Deməli,
yeniliklər mərhələsinə qədəm qoyursunuz. Yaxın ətrafınızdakı
insanlarla təmaslarda xırdaçı, sərt olmayın.
Əqrəb - səfər və ya səyahət üçün münasib zamandır. Yeni
informasiya, faydalı məlumatlar əldə etməyə çalışın. Bilik və
bacarıqlarınızı artırın. İlkin təəssüratlara aldanmayın. Yaxın
ətrafınızdakı insanlar sizi yalnız özünü düşünən insan kimi
tanımamalıdır. Vədlərə əməl edin.
Dəyər verdiyiniz insanların problemləri ilə maraqlanın.
Oxatan - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş
verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə
bədxərclik etməyin.
Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə
əməliyyatları üçün uğurlu zamandır. Günün ikinci yarısında müstəqil
çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan
uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər
gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını
dəyərləndirin.
Oğlaq - duruma tam nəzarət edin. Ətrafınızdakı insanlarla
təmaslarda səmimi, qayğıkeş olun. Onları narahat edən məsələlərlə
maraqlanın. Zərurət yaranarsa, dəyər verdiyiniz insanı düşdüyü
çətin vəziyyətdən xilas etmək üçün gərəkli addımları atın. Günün
ikinci yarısında tənqidlərə fikir verin, amma bildiyiniz kimi
davranın. Önəmli məsələ ilə bağlı fəaliyyəti yarımçıq qoymayın.
Şərik və ya tərəfdaşın razılığını alandan sonra məqsədləri
dəqiqləşdirin.
Dolça - hüquqlarınız məhdudlaşa bilər. Maraqlarınızın tapdanmasına
imkan verməyin. Başqalarının görəcəyi işi sizə həvalə etmək
istəyənlərə mane olun. Münasibətlər güzəştlər, qurban və qayğı
tələb edir. Təmirə və ya fəaliyyət sahəsində nizamlanma işlərinə
başlamaq olar.
Balıqlar - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı
dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla
gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə
yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.