Bu gün ulduz falınız nələr vəd edir?
10
May 2019-cu il, Ulduz falı. Ev işləri üçün yaxşı
gündür
Qoç - Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın.
Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək,
münaqişə yaranacaq. Problemlər, maraqlar və niyyətlərin qovuşuğu
indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir.
Əldaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.
Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən
təəssüflənməyin. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti
və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli,
inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər. Sakit
gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün
ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə
bilərsiniz.
Əkizlər - Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi
diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol
verməyin. İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti
ilə sizi heyrətləndirə bilər. Günün hadisləri və axarı sizi hələlik
təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.
Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Dəyişikliklərə
dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal
dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri
anlamağınız gərəkdir.
Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac
duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri "partlayış"lıdır.
Emosiyalarınıza nəzarət edin. Mühüm hadisələr bu gün inkişaf
edəcək.
Şir - Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay
fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın.
Təmaslar nə qədər çox olarsa, bir o qədər çox
sinirlənəcəksiniz.
Yaşananlara da sakit, soyuqqanlı yanaşın. Problemləri
qeyri-standart şəkildə həll etmək olar. Təkliflər, informasiya
çoxdur. Bu gün mühüm seçim günüdür.
Qız - Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə
həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi
dəyişikliklərə səbəb ola bilər. Narazılıq yaranan müstəvidə
dəyişikliklər edin. İstək və qüvvəniz olmasa belə, bunu
reallaşdırın.
Qəfil informasiya, görüş və ya problem fərqli davranmağınızı
şərtləndirə bilər. İntuisiyanızın verdiyi siqnalları qulaqardına
vurmayın.
Tərəzi - Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin.
Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional
davrananlar tapılır. Günün lüzumsuz gərginlik olmadan keçməsi üçün
yaşananları həyatınıza müxtəliflik gətirə biləcək olaylar kimi
dəyərləndirin. Hər şeyin plan üzrə getməsinə can atmayın.
Əqrəb - Çətin və ağır gündür. Səhhətinizi qoruyun, həddən ziyadə
çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların
davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına
ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı olacaqsınız.
Belə situasiyada hansısa itkilər verə bilərsiniz, amma
qüvvələrinizi qoruyun. Yeni mərhələnin başlanğıcıdır. Məqsədə doğru
qısa yolu düşünməyin.
Oxatan - İşlərə yaradıcı yanaşma, sürətli və virtuoz davranış tələb
olunur. Yerdəyişmələri bir qədər məhdudlaşdırın. Ətrafınızdakı
insanlarla münasibətlərdə gərginlik müşahidə oluna bilər.
Karmik düyünlər peyda olur, önəmli əlaqələrin mənasını fərqli agah
edən hadisələr yaşanır. Qərarların qəbulunda tərəddüd etməyin.
Emosiyalar çox, arqumentlər azdır.
Oğlaq - Yaşamınızda qəfil hadisələrə hazır olun. Uzaqdan gələcək
xəbər planlarınızda qəfil dəyişikliklərə səbəb ola bilər.
Yaxınlarınız sizdən qayğı və diqqət tələb edirlər. Onların nəzərinə
çatdırın ki, münasibətlərin aydınlaşdırılması təxirə salınır.
Gərəkli hesab etdiyiniz işlərlə məşğul olmaq niyyətindəsiniz.
Şərait mövqelərin aktiv izharını çətinləşdirib. Bu səbəbdən də
mühüm açıqlamanı və yaxud yeni işə başlamağı hələlik təxirə
salın.
Dolça - Yaxın ətrafınızdakı insanlarla təmasların həddən ziyadə
olmasından usana bilərsiniz. Tək qalmaq, müstəqil şəkildə işləmək
istəyirsiniz. Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar
dəyişəcək, yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq.
Yeni dostlar tapmaq və ya romantik maraqlarınızı təmin etmək üçün
internetdən də yararlana bilərsiniz.
İntellektual çalışın, məlumatların mübadiləsi, maraqlandığınız
predmetin müstəqil axtarışı ilə məşğul olun.
Balıqlar - Fiziki tonusunuz və şəxsi təhlükəsizliyinizin təminatı
ilə məşğul olun. Həyat sizə problemlər və əvvəl yol verdiyiniz
səhvlərinin bəzilərinin təkrarını hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi
seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə
uymayın.
Səliqəli olun. Stabillik və rahatlıq olmayacaq.