Neçə gündür axtarılan 12 yaşlı uşağın cəsədini
Afrika məntəqəsində tapıblar.
Ailəsi onu iki gün ərzində axtarırmış.
Uşağı yaşadığı evdən 3 km məsafədə, Afrika məntəqəsində dünən
tapıblar. 12 yaşlı Qiqa Baqaşvilinin ailəsi ehtiyac içində yaşayır
və valideynlərinə kömək etmək üçün uşaq tez-tez dəmir qırıntıları
toplayırmış.
Məlumata görə o, qazılmış yerə məhz dəmir qalıqları toplamaq üçün
düşüb. Bu zaman torpaq sürüşüb və uşaq altında qalıb.
Kağız zavodu yaxınlığında yerləşən ərazidə gedən tikinti işində
çalışan fəhlələr oyuqlardan birində uşağı tapıblar. Məhz sonuncu
dəfə kameralar da uşağı zavod ərazisində qeydə alıb.
Uşağın kimliyini velosipedlə müəyyən ediblər, çünki o, bununla
hərəkət edirmiş. Həmin yerdə başqa cihzalar da tapıblar.
O, həmin qurğuların köməyi ilə dəmir qalıqları axtarırmış. Uşağın
ölümünə nəyin səbəb olduğunu ekspertiza müəyyən edir.
"Qeydə baxdıq velospiedlə keçdi, həmin yerdə velospiedi
də saxladı. Əlində nəisə var idi başqa heç nə
görmədik" - deyir yerlilər.
12 yaşlı oğlanın cəsədini ekspertizadan evə bir az əvvəl aparıblar.
Məlumata görə 12 yaşlı yeniyetmənin ölüm səbəbi torpaq sürüşməsi
olub və oğlan torpağın altında qalıb.
İstintaq CM-nin 115-ci maddəsi ilə gedir. Maddə intihar cəhdinə
aparmağı nəzərdə tutur.
Mənbə: rustavi2.ge