Həyat yoldaşı və qayınatasını öldürməyə cəhd etməkdə ittiham olunan şəxsə 17 il həbs cəzası verildi

Bu gün, 1 may tarixində Samtredia rayon məhkəməsi həyat yoldaşı və qayınatasını qəsdən öldürməyə cəhd,

həmçinin hədələməkdə ittiham olunan Q.C.-ni təqsirli bilib və 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə prokurorluq tərəfindən təqdim olunmuş bütün dəlilləri tamamilə qəbul edib. Dəlillərə əsasən Q.C. 25 avqust 2018-ci ildə qarşılıqlı münaqişə zəminində həyat yoldaşının atasını yaşadığı evi yandırmaqla hədələyib və evin müxtəlif yerlərinə neft töküb, daha sonra isə qəsdən öldürmək məqsədi ilə həyat yoldaşı Q.S.-nin döş nahiyəsinə bir, qayınatası S.S.-yə isə 2 bıçaq xəsarəti yetirib.

Prokurorluğun məlumatına görə, müttəhim qəsdini tamamlaya bilməyib. Belə ki, zərərçəkənlərin qışqırığına qonşular toplaşıb və o, qaçmağa nail olub. Vaxtında göstərilmiş tibbi yardım nəticəsində zərərçəkənlərin həyatını xilas etmək mümkün olub.

Hüquq mühafizəçiləri Q.C.-ni həmin gün Samtrediada saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 111-19, 109-cu maddəsinin 3-cü hissəsinin “a” bəndi və 111-151-ci maddəsinin 1-ci hissəsi (2 və daha artıq şəxsi qəsdən öldürməyə cəhd və əmlakını məhv etməklə hədələmə) ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: კრიმინალი
FaceBook Twitter Google