Prokurorluq Milli Müəllim Mükafatı laureatı Lado Abxazava və
onun oğluna hücumda
təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb. Agentliyin
məlumatına görə, Lançxutidə bir nəfər iki nəfərə qarşı fiziki
zorakılıqda ittiham olunub.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən
edilib ki, 2024-cü il mayın 5-də Lançxuti şəhərində sərxoş
vəziyyətdə olan K.P. qonşuluqda yaşayan iki nəfərə fiziki təzyiq
göstərib, daha
dəqiq desək, onların hər ikisinin üzünə vurub.
K.P-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2
ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “c” bəndi (iki şəxsə
qarşı zorakılıq törədilməsi) üzrə ittiham irəli sürülüb.
Mayın 5-də Milli Müəllim Mükafatı laureatı Lado Abxazava evinin
girişində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və
döyülüb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.