NASA-nın işləməyən peyki 38 ildən sonra Yerə düşüb
NASA-nın işləməyən peyki planetin ətrafında 38 il dövr etdikdən sonra Yerə düşüb.

“ERBS” kimi tanınan peyk 1984-cü ildə buraxılıb.

Peyk 2005-ci ilə qədər tədqiqatçılar üçün Yerin Günəşdən enerjini necə udduğunu və yaydığını anlamağa kömək edib. O, Yerin stratosferində ozon, su buxarı, azot dioksidi və aerozolların konsentrasiyasını ölçüb.

ABŞ Müdafiə Nazirliyi “ERBS”nin bazar günü səhər yerli vaxtla saat 23:04-də Berinq dənizi üzərindən Yerin atmosferinə daxil olduğunu təsdiqləyib.

Peykin böyük hissəsinin atmosferdə yanması gözlənilirdi. NASA-nın hesablamalarına görə, peykin Yerdəki infrastruktura ziyan vurma riski çox aşağıdır. Peyk iki illik xidmət müddətini 21 il davam etdirib.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: ABŞ NASA Peyk Yer kürəsi
FaceBook Twitter Google