Meyvə çəyirdəklərinin inanılmaz faydaları
Alimlər ən faydalı meyvə çəyirdəklərinin
sıyahısını tərtib ediblər.
Marneulifm saglamolun.az-a istinadən bu siyahını təqdim edir.
1. Üzüm çəyirdəkləri ürək-damar sistemini möhkəmləndirir, beyin
hüceyrələrini cavanlaşdırır, dərinin vəziyyətinə müsbət təsir
edir.
2. Kivi çəyirdəkləri E vitamini ilə zəngindir. Bu vitamin güclü
antioksidantdır, orqanizmdə qocalma proseslərini ləngidir, dəri və
saçların vəziyyətini yaxşılaşdırır.
3. Portağal çəyirdəkləri baş ağrısından xilas edən salisil turşusu
ilə zəngindir. Həmçinin bu çəyirdəklərin tərkibində xərçəng
əleyhinə təsirə malik olan B17 vitamini var.
4. Zeytun çəyirdəklərində sinir sisteminə müsbət təsir edən,
orqanizmdən toksinləri xaric edən, astma tutmalarını yüngülləşdirən
maddələr var.
5. Nar çəyirdəkləri sinir sistemini möhkəmləndirir, əsəbiliyi
azaldır.
6. Qarpız tumları qanda şəkərin səviyyəsini tənzimləməyə kömək
edir.
7. Ərik çəyirdəkləri xərçəng əleyhinə təsirə malik olan nadir B17
(letril) vitamini ilə zəngindir.
8. Alma çəyirdəkləri yod və B17 vitamini ilə zəngindir.
Nəzərə almaq lazımdır ki, alma və ərik çəyirdəklərini 5-7 ədəddən
çox yemək olmaz.