Qida məhsulların bir çoxları insan orqanizminə müalicəvi təsir
edir.
Zeytun
Əgər maşınla uzaq yola çıxdıqda siz ürəkbulanma və qusmadan əziyyət
çəkirsinizsə, o zaman yola çıxarkən yanınızda bir qədər zeytun
götürün. Çünki zeytun ürəkbulanma əlamətlərini aradan qaldırır və
qusmanı kəsir.
Limon
Əgər qulaq ağrısından əziyyət çəkirsinizsə, o zaman qulağınıza
bir-iki damçı limon şirəsi damızdırın. Limon qulaq ağrısı
problemlərini aradan qaldırır və qulağın pH balansını ödəyir.
Qaysı
Qaysının tərkibindəki liflər həzm sisteminin sürətlənməsinə səbəb
olur. Hər dəfə yeməkdən sonra qaysı yemək həzmi normallaşdrır və
köpməni aradan qaldırır.
Soda
Sidiyə çıxma və böyrəyin infeksiya xəstəlikləri zamanı 1 stəkan
suya 1 çay qaşığı soda qatılıb içilərsə, o zaman infeksiya
əlamətləri aradan qalxar. Sodalı su orqanizmdə bakteiyaların
azalmasına səbəb olur.
Yer alması ağacının kökü
Tərkibində olanlar orqanizmdəki hormonların miqdarının
normallaşmasına səbəb olur, qanda xolesterolun miqdarını aşağı
salır.
Kərəviz
Kərəviz ağız qoxusunun aradan qalxmasına səbəb olur. Kərəvizin
saplaqlarını çeynəmək ağızdakı qoxuları yox edir.
Kartof
Çiy kartofun iltihab əleyhinə təsiri var. Kartofdan həm də
ağcaqanad sançdıqda sakitləşdirici kimi istifadə edə bilərsiniz.
Bunun üçün ağcaqanad dişləyən nahiyəyə çiy kartof sürtmək çox
faydalıdır.
Mənbə: Saglamolun.Az