Dünya əhalisinin təxminən 10%-i bəzi hallarda ölümcül olan
xroniki böyrək xəstəliyindən əziyyət çəkir.
Həkimlər profilaktika üçün hansı qidaların qıda rasionuna daxil
edilməli olduğu barədə danışıb. Belə ki, gül kələmi böyrək
sağlamlığını dəstəkləyir, çünki tərkibində fol turşusu, lif və C
vitamini var. Bu tərkib sidik sisteminə müsbət təsir göstərir.
Adi kələm də böyrəklərimiz üçün çox faydalıdır. Həmçinin cəfəri,
şüyüd və bir çox digər göyərtilər də böyrəklər üçün faydalı
sayılır.
Eyni zamanda böyrək xəstəliklərinin qarşısının alınması üçün
istehlak edilən duz miqdarının azaldılması vacibdir. Duz sarımsaq
və soğanla əvəz edilə bilər, çünki onların tərkibində, digər
maddələrlə yanaşı iltihab əleyhinə qida və minerallar var.
Tərəvəzlər arasında xiyar, turp və çuğundur xüsusilə
faydalıdır.
Qırmızı bibər qanda toksinləri parçalayaraq böyrəklərdəki yükü
aradan qaldırır.
Həkimlər meyvə və giləmeyvələrdən qaragiləni, quşüzümü, qarpızı,
almanı seçməyi məsləhət görür. Yumurta ağı da faydalıdır.
Mütəxəssislər, pəhrizdə balıq istehlak edilməli və yağlar arasında
zeytun yağını seçməyi məsləhət görür.
Mənbə: Saglamolun.Az