Sağlamlığının qayğısına qalan insanlar mütəmadi olaraq
xəstəliklərə tutulma riskini azaltmaq üçün illərin sınağından
çıxmış təbii xalq təbabəti vasitələrindən istifadə
edirlər.
Bu vasitələrdən biri də olduqca asan və hər kəs üçün əlçatan olan
sarıköklü sudur.
Sarıköklü suyu hazırlamaq üçün bir stəkan ilıq suya yarım çay
qaşığı sarıkök qatılır. Zövqə uyğun bal da əlavə etmək olar. Bu
içkinin daha effektli təsiri üçün səhərlər, xüsusilə 6-7
radələrində boş mədəyə qəbul edilməsi tövsiyə olunur. Sarıköklü
suyu içdikdən sonra 30-40 dəqiqə heç bir maye və qida qəbul
edilməməlidir.
Sarıköklü su orqanizm üçün nələri vəd edir, sağlamlıq üçün onun
hansı faydaları var?
- - 2-ci tip şəkərli diabetlər üçün olduqca
faydalıdır.
- - Onkoloji xəstəliklərin profilaktikası üçün effektli
vasitədir.
- - Qaraciyərin fəaliyyətini
normallaşdırır.
- - Həzmi yaxşılaşdırır.
- - İltihab əleyhinə mübarizə aparır.
- - Ürək-damar sistemi üçün xeyirlidir, arteriyaları
təmizləyir.
- - Zehni fəaliyyətə müsbət təsir göstərir.
- - Yaddaşı gücləndirir.
- - Vaxtsız qocalma prosesini ləngidir.
- - Dəri problemlərini aradan qaldırır.
Sarıköklü suyun faydaları ilə bağlı siyahını bir az da uzatmaq
olar. Ancaq ən yaxşısı bu içkidən istifadə edib onun inanılmaz
nəticələrini orqanizmdə hiss etməkdir.
Bu unikal vasitədən ilk dəfə 7 gün istifadə olunmalıdır. Sonra isə
kursu tez-tez təkrar etmək olar.
Sarıköklü sudan istifadə etmək qərarına gələndə həkimlə
məsləhətləşmək vacibdir.
Mənbə: Saglamolun.Az