Marneulili qadının 4 nəfər ailə üzvündə koronavirus aşkar edilib – Paata İmnadze
Marneulidə virusa yoluxmuş qadının 4 nəfər ailə üzvündə koronavirus aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadze Qurumlararası Koordinasiya Şurasının iclasından sonra verib.

“Yenə də bir qadın xüsusi nəzarət altındadır. O, Marneulidən gətirilib. Daha bir neçə nisbətən ağır xəstə var, qalanların vəziyyəti qənaətbəxşdir və bir neçə xəstə yenə evə buraxılmaq üçün hazırlaşır.

Ölkədə aşkarlanan halların heç birində yeni klasterlər olmaması çox mühümdür. Bu 4 nəfər həmin qadının ailə üzvləridir. Bu çox sıx ünsiyyətdən yaranıb”,
– Paata İmnadze deyib.

Qeyd edək ki, Marneulili xəstə “Geo Hospitals”-a yerləşdirilmişdi. Koronavirusla bağlı klinikanın 20 həkimi və xəstələr müayinədən keçib. Həmin xəstəxananın direktoru Tata Şenqelaianın “Marneuli” radiosuna bildirdiyinə görə 20 nəfərin hamısının anazizlərinin cavabı mənfidir.

23 mart tarixində hökumət Marneuli və Bolnisidiə sərt karantin rejiminə qərar verib. Bələdiyyələrə giriş-çıxış bağlıdır və vətəndaşların hərəkəti məhdudlaşdılıb.
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google