Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 21-dək
Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı gözlənilir.
Alman Marşal Fondunun Polşadakı eksperti Mişal Baranovski Dövlət
Departamentinin Vaşinqton Xarici Mətbuat Mərkəzində dərc olunan
müsahibəsində qarşıdan gələn NATO sammiti və Gürcüstan haqqında
danışır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, nazirliyin Miqrasiya
İdarəsi tərəfindən aprel-may ayları ərzində qanunvericiliyə uyğun
olaraq 42 müxtəlif ölkə vətəndaşının tutularaq deportasiyası təmin
edilib.
Estoniya parlamentində Gürcüstanla bağlı təklif qeydə alınıb və
orada 44 deputat Gürcüstan hökumətinin və hakim partiyanın
Avroatlantika kursu ilə bağlı gürcü xalqının əksəriyyətinin
iradəsinə zidd olan antidemokratik addımlarını pisləyib.
Bu gün, mayın 28-də Gürcüstan parlamenti prezidentin "Rus
qanunu" ilə bağlı vetosunu ləğv etməyi planlaşdırır. Bu, onlayn
medianın, o cümlədən akkreditə olunmuş jurnalistlərin girişinin
qadağan edildiyi qanunverici orqanda baş verəcək.