თეგები : Ulduz fali
სტატიები
3 mart üçün ulduz falı
3 mart üçün ulduz falı
Qoç - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.
სრულად
2 mart üçün ulduz falı
2 mart üçün ulduz falı
Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər.
სრულად
1 mart üçün ulduz falı
1 mart üçün ulduz falı
Qoç - Günün ilk yarısından aktiv, enerjili olun. Qarşınıza çıxan bütün maneələri dəf edə bilərsiniz. Mövqeyinizi və istəklərinizi təmasda olduğunuz insanlara çatdırmaq üçün mürəkkəb sxemlər hazırlamayın. İşdə həmkarlar, rəhbərliklə münasibətləri korlamayın. İşgüzar tərəfdaşla yeni layihəyə başlaya bilərsiniz.
სრულად
28 fevral üçün ulduz falı
28 fevral üçün ulduz falı
Qoç - Hisslərinizə nəzarət edin, emosiyalarınızı kontrolda saxlayın. Təmkinli və səbrli olsanız, sonradan ağır fəsadlar yaradacaq səhvlərə yol verməyəcəksiniz. Tək qalmaq istəsəniz belə, guşənişinliyə qapılmayın. İstirahət və ya əyləncə istəyini təxirə salın. Günün ikinci yarısında praqmat olun. Bədxərclik etməyin. Tanışlar və dostlarla təmaslarda müəyyən sərinlik yarana bilər. Romantik macəra arayırsınızsa, insanların gur olduqları yerlərə yollanmayın.
სრულად
27 fevral üçün ulduz falı
27 fevral üçün ulduz falı
Qoç - münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.
სრულად
26 fevral üçün ulduz  falı
26 fevral üçün ulduz falı
Qoç - İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.
სრულად
25 fevral üçün ulduz falı
25 fevral üçün ulduz falı
Qoç - daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin. Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin. Dediyiniz sözlərə fikir verin.
სრულად
24 yanvar üçün ulduz falı
24 yanvar üçün ulduz falı
Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı, əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları normal müqayisə edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər.
სრულად
22 fevral üçün ulduz falı
22 fevral üçün ulduz falı
Qoç - İstənilən çətinliyin, hətta ən mürəkkəb problemin öhdəsindən gələ bilərsiniz. Sizi və yaxınlarınızı çoxdan bəri narahat edən suala cavab tapmaq ehtimalı az deyil. İntellektual potensialızın səviyyəsi yüksəkdir. Əla ideyalardan birini reallaşdırın. Ünsiyyət, yeni müttəfiqlərin axtarışı üçün əlverişli zamandır.
სრულად
21 fevral üçün ulduz falı
21 fevral üçün ulduz falı
Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.
სრულად