İndiki mərhələdə yoluxanların artması son dövrdə səfərbərliyin çoxalmasının və tənzimləmələrin yerinə yetirilməsinin zəifləməsinin nəticəsidir – Marina Ezuqbaia
İndiki mərhələdə yoluxanların artması son dövrdə səfərbərliyin çoxalması, tənzimləmələrin yerinə yetirilməsinin zəifləməsinin nəticəsidir – bu haqda Yoluxucu Xəstəlliklər Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaia koronavirusa yoluxma hallarının artması ilə bağlı danışan zaman bildirib.

Onun sözlərinə görə, koronavirusun ikinci dalğası oktaybrın sonu yaxud noyabrın orta tarixlərində olmalıdır.

“Payızın gəlişi ilə birgə xəstəliklərin artması da gözlənilən idi. Çünki az-çox payız ciddi respirativ virus xəstəliklərinin fəallaşması ilə əlaqədardır. Amma bizim ikinci dalğa adlandırdığımız bu artım oktyabrın sonu, yaxud noyabrın orta tarixlərində olmalıdır. Bu bir az tez baş verə bilərmi onu deyə bilmərəm. İndiki mərhələdə ciddi şəkildə artım var. Bu artım ikinci dalğa hesab oluna bilərmi?! fikrimcə indi biz ikincə dalğadan danışmırıq. İkinci dalğa xəstəliyin gedişatı ilə əlaqədardır. Mövsüm dəyişəndə artımı həmişə mövsümlə əlaqələndiririk. Bu gecikmiş
payızdır”
,– Marina Ezuqbaia bildirib.

Print Email
FaceBook Twitter Google