Gürcüstanda koronavirusdan 3 nəfər dünyasını dəyişdi
Gürcüstanda 3 nəfər koronavirusdan dünyasını dəyişdi. Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge-də yerləşdirilib.

Bununla da ölkədə ölənlərin sayı 31 nəfərə çatıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 5552 nəfərdir. 2054 xəstə isə sağalıb.
Karantin rejimində 5637, stasionar nəzarət altında 836 nəfər var, 800 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google