Gürcüstanda koronavirusdan daha 318 nəfər sağaldı
8 oktyabr tarixinə olan məlumata görə, Gürcüstanda son 24 saat ərzində koronavirusdan daha 318 nəfər sağaldı. Bununla da ölkədə sağalanların sayı 5553 nəfərə çatdı.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb.

Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 472 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 10225 nəfərə çatıb.

Bu günə qədər isə Gürcüstanda koronavirusdan 66 nəfər dünyasını dəyişib.

Karantin rejimində 5574, stasionar nəzarət altında 836 nəfər var, 1338 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google