Almaniya Gürcüstanı Kovid risk qrupuna daxil etdi
Almaniyanın Xarici İşlər, Səhiyyə və Daxili İşlər Nazirliklərinin ortaq qərarına əsasən, Gürcüstan 7 oktyabr tarixindən etibarən yeni koronavirusun yayılması baxımından yüksək riskli ölkələr siyahısına daxil edilib. Bu barədə məlumatı Robert Koch İnstitutu yayıb.

Almaniyanın qərarına görə, Almaniya Federativ Respublikasına girmək istəyən və son 14 gündə riskli ölkəyə səfər etmiş şəxs məcburi koronavirus testindən keçməlidir.

Risk qruplarının
təsnifatı Almaniyanın Xarici İşlər, Səhiyyə və Daxili İşlər nazirliklərinin birgə təhlili və qərarından asılıdır. Öz növbəsində, təsnifat iki mərhələli prosedura əsaslanır. Birinci mərhələ son yeddi gündə hər 100 000 əhaliyə 50-dən çox yeni xəstənin düşdüyü müəyyən edilir. İkinci mərhələdə isə bu həddə çatmamış ancaq infeksiyanın yayılma riski hələ də yüksək olan elə ölkə və ya bölgələr təyin edilir. Şərtlər, pandemiyanın yayılması (yerli və ya geniş miqyaslı), test imkanları və test edilmiş xəstələrin sayı ilə, eləcə də ölkənin infeksiyaya qarşı gördüyü tədbirlərin təhlili nəticəsində (gigiyenik qaydalar, ünsiyyətlərin izlənilməsi və s.) Almaniyanın Xarici İşlər Nazirliklərindən alınan məlumatlarla müəyyən edilir.

Gürcüstanla yanaşı, Bolqarıstan, Xorvatiya, Macarıstan, Litva, Hollandiya, Rumıniya, Slovakiya və Sloveniyadan bir sıra bölgələr/əyalətlər 7 oktyabrdan bəri risk qrupuna daxil edilib, Gürcüstan, İordaniya və Tunis isə bütöv ölkə olaraq risk qrupunda yer alıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google