Gürcüstanda koronavirusa 1351 yeni yoluxma halı təsdiq olundu
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 351 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı stopcov.ge-dən məlumat verilib.

Bununla
da ölkədə koronavirusa yoluxanların sayı 21 208 nəfərə, ölənlərin sayı 172 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 462 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 9 003 nəfərin sağaldığı bildirilir.
Print Email
FaceBook Twitter Google