Gürcüstanda daha 1 872 nəfər koronavirusa yoluxub
26 oktyabr tarixinə olan məlumata görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 1 872 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı 30 303 nəfərə çatıb.

Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılan stopcov.ge saytında yayımlanıb.

Sağalanların sayında da artım var – daha 603 nəfər sağalıb və sağalanların sayı 11 370 nəfər olub.
Bu günə qədər isə Gürcüstanda koronavirusdan 215 nəfər dünyasını dəyişib.

Karantin rejimində 3 769, stasionar nəzarət altında 3 832 nəfər var, 2 249 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google