Gürcüstanda koronavirusdan daha 2 075 nəfər sağaldı
29 oktyabr tarixinə olan məlumata görə, Gürcüstanda son 24 saat ərzində koronavirusdan daha 2 075 nəfər sağaldı. Bununla da ölkədə sağalanların sayı 16 904 nəfərə çatdı.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb.

Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 1 709 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı
35 567 nəfərə çatıb.

Bu günə qədər isə Gürcüstanda koronavirusdan 273 nəfər dünyasını dəyişib.

Karantin rejimində 3 324, stasionar nəzarət altında 4 209 nəfər var, 2 346 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google