Gürcüstanda teatr və kinoteatrların 1 noyabra planlaşdırılan açılışı təxirə salınıb
Qurumlararası Koordinasiya Şurasının qərarı və ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq Gürcüstanda teatrların və kinoteatrların 1 noyabr tarixində açılması təxirə salınıb.

Təhsil Nazirliyindən "İnterpressNews"-a verilən məlumata görə, teatr və kinoteatrların tam işləmə tarixi epidemioloji vəziyyət nəzərə alınaraq müəyyənləşdiriləcək.

Məlumat üçün bildirək ki, bu mərhələdə Səhiyyə Nazirliyinin hazırladığı qaydalara əsasən, 200-ə qədər insanın iştirakı ilə mədəni tədbirlərin açıq
keçirilməsinə icazə verilir, muzeylər və muzey-qoruqlar açıqdır, film istehsalı və qapalı məşqlərə icazə verilir. Digər mədəni tədbirlər yalnız onlayn şəkildə təşkil edilə bilər.

Print Email
FaceBook Twitter Google