Gürcüstanda koronavirusdan daha 22 xəstə dünyasını dəyişdi
10 noyabr tarixinə olan məlumata görə, Gürcüstanda daha 22 nəfər koronavirusdan dünyasını dəyişdi. Bununla da ölkədə ölənlərin sayı artaraq 521 nəfərə yüksəldi.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb. Məlumata görə son sutka ərzidnə 22 nəfər koronavirusdan dünyasını dəyişib.

Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 2 970 yeni yoluxma
halı aşkarlanıb və yoluxan insanların sayı 63 650 nəfərə çatıb.

Sağalanların sayında da artım var – daha 2 348 nəfər sağalıb və sağalanların sayı 47 390 nəfər olub. İndiki mərhələdə ölkədə 15 713 aktiv koroavirusa yoluxmuş xəstə var.

Koronavirusa yoluxan 4 709 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 656 nəfərin vəziyyəti ağırdır. O cümlədən 265 nəfər süni nəfəs aparatına qoşulub.

Karantin rejimində 2 765, stasionar nəzarət altında 4 709 nəfər var, 3 066 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, özünütəcriddə 37 303, evdə müalicə alan şəxslərin sayı isə 7 938 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google