Gürcüstanda koronavirusdan daha 3 638 nəfər sağaldı
17 noyabr tarixinə olan məlumata görə, Gürcüstanda son 24 saat ərzində koronavirusdan daha 3 638 nəfər sağaldı. Bununla da ölkədə sağalanların sayı 68 929 nəfərə çatdı.

Bu barədə məlumatı hökumət tərəfindən yaradılan stopcov.ge saytında yayımlanıb.

Digər məlumatlara gəlincə son 24 saat ərzində Gürcüstanda koronavirusa (Covid-19) 3 117 yeni yoluxma halı aşkarlanıb və yoluxan insanların sayı
85 952 nəfərə çatıb.

Bu günə qədər isə Gürcüstanda koronavirusdan 778 nəfər dünyasını dəyişib. İndiki mərhələdə ölkədə 16 219 aktiv koroavirusa yoluxmuş xəstə var.

Koronavirusa yoluxan 5 662 nəfər xəstəxanalarda müalicə olunur, onlardan 740 nəfərin vəziyyəti ağırdır. O cümlədən 332 nəfər süni nəfəs aparatına qoşulub.

Karantin rejimində 2 797, stasionar nəzarət altında 5 662 nəfər var, 3 351 simptomsuz xəstə xüsusi mehmanxanalarda müalicə olunur. Bundan əlavə, özünütəcriddə 52 103, evdə müalicə alan şəxslərin sayı isə 7 206 nəfərdi. 41 nəfər Gürcüstan vətəndaşı isə müalicə üçün xaricdən ölkəyə gətirilib.
Print Email
FaceBook Twitter Google