Məhdudiyyətlərlə yanaşı, ölkənin önümüzdəki 2 ay ərzində necə yaşayacağı ilə bağlı bir plan açıqlanacaq - İmnadze
26 noyabrda, koronavirusla bağlı əlavə məhdudiyyətlərlə yanaşı, hökumət önümüzdəki 2 ay üçün bir fəaliyyət planı elan edəcək.

Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata İmnadze bu barədə "Formula"-nın yayımında açıqlama verib.

İmnadzenin dediyinə görə, elan ediləcək məhdudiyyətlər hərəkətliliyi daha da azaldacaq və insanlar arasındakı qarşılıqlı əlaqələri mümkün qədər məhdudlaşdıracaq.

O, hökumətin məhdudiyyətlərin tətbiq oluna biləcəyi
formatın iki versiyasına sahib olduğunu söyləyib.

"Bu, yalnız bir məhdudiyyət deyil, həm də ölkənin gələcək 2 ayda necə yaşamalı olduğuna dair bir plandır", - deyə Paata İmnadze bildirib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google