İvane Maçavarianidə koronavirus təsdiqlənib

Gürcüstanın maliyyə naziri İvane Maçavariani və onun müavini Qiorqi Kakauridzedə koronavirus aşkarlanıb. Bu barədə məlumatı hökumət rəhbərliyi yayıb.



"Test nəticəsində Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin koronavirusa yoluxduğu təsdiqləndi. O hal-hazırda özünü yaxşı hiss edir
və işləməyə evdən davam edir.

Test nəticələri həmçinin nazir müavini Qiorqi Kakauridzenin də virusa yoluxduğunu təsdiq etdi və indi o da evdə müalicə olunur", -
deyə rəhbərliyin açıqlamasında bildirilib.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google